Azərbaycanın muğam ifaçısı Bahar Lətifqızı bu il verdiyi konsrertdən sonra istirahət etmək qərarına gəlib. Sənətçi dincəldikdən sonra yarımçıq qalmış klipini də tamamlamaq fikrindədir. Bu haqda SİA-ya Bahar xanımın prodüsseri məlumat verib: "Bahar xanım bu il verdiyi konsertdən sonra çox yorulub. Odur ki, hazırda istirahət edir. Dincəldikdən sonra bir çox mahnılar yazdıracaq. Hətta onu deyim ki, sözləri və musiqisi Fidan Süleynamovaya aid olan "Qayıtma" adlı mahnıya klip də çəkdirəcək. Həmin klipin bir qismi İsveçdə çəkilib. Bahar Lətifqızı tətildən qayıtdıqdan sonra klipin yarımçıq qalan hissəsi tamamlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB