Sevda Yahyayevadan xəbər var

Estrada müğənnisi Sevda Yahyayeva da istirahət etməyi düşünür. O, dincəldikdən sonra yeni işıq üzü görmüş mahnısına klip çəkdirməyi planlaşdırır. Bu haqda SİA-ya açıqlama verən Yahyayevanın prodüsseri Tolik məlumat verib: "Sevda xanım hazırda Bakıdadır. Ancaq bu yaxın vaxtlarda istirahət etmək üçün ailəsi ilə birgə Qubaya yollanacaq. Dincəldikdən sonra yeni ərsəyə gəlmiş "Unut" adlı mahnısına klip çəkdirəcək".

Qeyd edək ki, Tolik ifaçının sentyabr ayında bir çox layihələrə imza atacağına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə