Tolik: “Nadir Qafarzadənin tarixdə qalacağı şübhə altındadır”

"Hazırda Faiq Ağayevdən çox, Nadir Qafarzadəyə təlabat var"
Tolik: “Nadir Qafarzadənin tarixdə qalacağı şübhə altındadır”

Xalq artisti Aygün Kazımova və müğənni Nadir Qafarzadə qalmaqalı davam edir. SİA-ya açıqlama verən prodüsser Tolik bu məsələyə (Tarix Əliyev) münasibət bildirib: "Xalq artisti Aygün Kazımova və müğənni Nadir Qafarzadə ilə çox yaxınam. Hər ikisi də dostumdur. Ancaq mənim fikrimcə, Nadir Qafarzadə hələ o səviyyədə deyil ki, Aygün xanıma və Briliant Dadaşovaya məsləhət versin. Onlar haqda sənətdə böyük olan insanlar danışa bilərlər. Xüsusilə nəzərinizə çatdırım ki, Aygün Kazımova şou-biznesin yaradıcısı olub. Onun mahnı və kliplərinin sayəsində şou-biznesin nə demək olduğunu bilmişik. Sovet dövründən idman komplekslərində və ya saraylarda Aygün xanımın konsertinə daxil olmaq üçün pəncərələr sındırılıb. Nadir hansı konsertlərindən və ya əzbər olan mahnılarından danışa bilər? Nadir Qafarzadə də yaxşı müğənnidir. Onu da deyim ki, hazırda xalq artisti Faiq Ağayevdən daha çox ona təlabat var. Ancaq Aygün xanım kimi ola bilməz. Xanım Kazımovanın adı tarixdə qalacaq. Şou-biznesdə Nadirin gördüyü işlər hələ yetərli deyil. Odur ki, N.Qafarzadənin adının tarixdə qalacağı şübhə altındadır".

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və müğənni Nadir Qafarzadə arasındakı qalmaqala səbəb Nadirin "Xalq artisti adını daşıyan bəzi sənətçilərin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən sənətçi nümunəvi olmalıdır. Mənfi keyfiyyətləri varsa, o adama ad verilməməlidir. Bir çox sənətçilər vaxtından tez ad alırlar" bu sözləri deməsi olmuşdu. Aygün xanım da Nadirə qəzəblənərək "Nadir, Afrikada Azərbaycan tamaşaçısını əlinlə göstərib, dilinlə söyüş söyməyini deyəsən yaddan çıxarmısan? Problem deyil, yaddaşını təzələyərəm. O hərəkətinin üstündə döyülməyini də unutdunmu?" cavabını vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə