Türkiyənin məhşur aktrisası Ece Uslu gözünün altında yaranan problemə görə əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa serial çəkilişlərində yorulduğu üçün tez-tez huşunu itirirdi. Buna görə də aktrisa əməliyyat olunmaq qərarına gəlib. Əməliyyatdan sonra 10 yaş cavanlaşan aktrisa hər şeyin qaydasında olduğunu deyib: "Səhhətimdə problem olduğu üçün əməliyyat keçirdim. Əks təqdirdə, əməliyyat olunanlara qarşı heç də yaxşı fikirdə deyiləm".
Qeyd edək ki, hazırda məhşur "Karagül" serialında baş rol oyunçusu olan aktrisa "Zerda", "Kızım nerede", "Kara Melek" seriallarındakı peşəkar rolları ilə milyonların sevgisini qazanıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB