Mila əsgərlər üçün oxudu

Tanınmış müğənni Mila Azərbaycan Silahlı Qüvvələrinin 95-ci il dönümü münasibəti ilə təşkil olunan konsert proqramında çıxış edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Binəqədi rayon İcra Hakimiyyətinin, Biləcəri qəsəbəsində yerləşən daxili qoşunların hərbi hissəsində olan əsgərlər üçün öz hit mahnılarını səsləndirib.

Qeyd edək ki, konsert proqramında Mila ilə yanaşı xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər Gülyaz Məmmədova, Teymur Əmrah öz ifalarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə