Rusiyalı müğənni Alsu dünən səhər saatlarında Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, müğənni "Jumeirah" oteldə yeni klipinin çəkilişlərinə start verib. "Cinex-az" şirkəti tərəfindən lentə alınan ekran işinin ardı bu gecə hava limanında çəkiləcək. Klip daha sonra paytaxt küçələrində lentə alınacaq.
Qeyd edək ki, 3 gün şəhərimizdə qonaq olacaq rusiyalı müğənni iyunun 27-də ad gününü qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB