Azərbaycanlı sənətçi Sevinc Ağaşirinova Türkiyə ilə Azərbaycan şou-biznesini müqayisə edib. SİA-ya açıqlama verən ifaçı Azərbaycan şou-biznesində yaranan qüsurlardan da söz açıb: "Bizdə şou-biznes yeni yaranıb. Bir neçə il bundan öncə Türkiyədə də şou-biznes tam formalaşmamışdı. Ancaq indi hər şey yaxşıdır. Bizim də o səviyyəyə çatmağımıza müəyyən qədər zaman lazımdır".
Xanım Ağaşirinova Azərbaycanda prodüsserlərin yetərincə olmadığını deyib: "Azərbaycanda prodüsser qıtlığı yaşanır. Prodüsserlərin az olması da müğənnilərin yıxılmasına gətirib çıxarır. Hazırda prodüsser kimi Tolik və Təranənin işini çox bəyənirəm. Mən istərdim ki, prodüsserlərimiz yalnız bir müğənni ilə deyil, 10 və daha çox ifaçı ilə çalışsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB