Bəstəkar yeni mahnı ortaya çıxardı

Bəstəkar yeni mahnı ortaya çıxardı

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli yerli sənətçilərimizlə yeni iş birliyinə başlayıb. SİA-ya açıqlama verən bəstəkar, Röyaya da mahnı yazdığını söyləyib: "Xalq artisti Mələkxanım Eyyubovaya, müğənnilərdən Röyaya, Niyam Salamiyə mahnılar bəstələyirəm. Hazırda Niyam Salamiyə yazdığım "İki damla yaş" mahnısının sözləri Şahbazova Xeyransa Aydın qızına aiddir. Daha sonra sözləri Murad Elçinoğluya məxsus "Sevəcəyəm mən" mahnısını Röya üçün yazmışam. Bununla yanaşı, xalq artisti Mələkxanım Eyyubova tar, kamança ilə sintez olunmuş "Sənin yerin ürəyimdə" adlı mahnımı ifa edəcək".

Qeyd edək ki, bəstəkar Nailə Mirməmmədli yarım ildən çoxdur ki, 40 nəfərdən ibarət estrada sinfonik orkestra yaradıb. Bəstəkar sözügedən musiqini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə