Hadisə Azərbaycana gələ bilmədi

Xəbər verdiyimiz kimi, Türkiyənin sevilən sənətçisi Hadisə iyun ayının 23-də Bakıya gələcəkdi. SİA-nın verdiyi xəbərə görə, müğənninin konserti iyun ayının 28-nə təxirə salınıb. Konsertin vaxtının dəyişilməsinə səbəb Hadisənin rəqs qrupundakı 5 əcnəbi rəqqasın vizasında problemlə üzləşmələri olub.

Qeyd edək ki, konsertin vaxtının təxirə salınmasına hər kəsdən öncə Hadisə kədərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə