Xəbər verdiyimiz kimi azərbaycanlı yazıçı Əhməd Şahidov stilist Samiraldoya (Samir Əliyev) "Samir" adlı roman yazıb. Onun bu romanı çoxlarında əsəb hissi doğurub. Yazıçını bir çoxları tənqid edib. Bu məsələyə Əhməd Şahidov öz fikirlərini bildirib: "Mən "Samir" romanından başqa əsərlərin də müəllifiyəm. Sadəcə olaraq Samiraldonun həyatı çox maraqlı idi. Onun arxivini araşdıranda acı məqamlarla rastlaşdım. Ona görə də həyatını qələmə almağı qərarlaşdırdım. Samiraldonun mavi və ya kişi olmasının mənə adiyyatı yoxdur".
"Samir" romanın bəziləri tərəfindən tənqid obyektinə çevirməsi haqqında səbəbkarın, yəni Samiraldonun da rəyini öyrənmək istədik. Stilist cavabında bunları dedi: "Kim nə istəyir desin. Heç kimə fikir vermirəm. Əsas odur ki, kitab maraqlı və oxunaqlı alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB