Yenicə qız toyu olmuş əməkdar artist və Azərbaycan səhnəsinin "Toppuş bacı"sı Tünzalə Əliyeva yaxın zamanlarda oğlan toyunun olacağını söyləyib. SİA-ya açıqlama verən əməkdar artist oğlan toyundan sonra həyat yoldaşı Royal bəylə birlikdə istirahətə yollanacağını xüsusi ilə diqqətə çatdırıb: "Hələ ki, qız toyum olub. İnşallah iyul ayının 7-də oğlan toyum baş tutacaq. Rol aldığım "Üç bacı" serialı tətilə çıxdıqdan sonra mən də həyat yoldaşımla birgə istirahətə edəcəm. Harada dincələyimizi hələ ki, bilmirəm. Buna yoldaşım Royal qərar verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB