Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli türk sənətçiləri ilə çalışmağa başlayıb. SİA-ya açıqlama verən bəstəkar türk müğənnisi Selami Şahinə mahnı bəstələdiyini söyləyib: "Sözləri Xəyal Rızaya aid olan "Unutmusan" adlı mahnını türk müğənnisi Selami Şahinə təqdim etmişik. Bu işlə Xəlilin özü məşğul olur. Yazıçı "Unutmusan" mahnısına görə tez-tez Türkiyəyə səfər edir. Artıq sözügedən mahnını bəstələyib qurtarmışam, artıq hazırdır".
Onu da nəzərinizə çatdıraq ki, bəstəkar Nailə Mirməmmədli digər türk ifaçısı Sibel Cana da mahnı yazıb: " Sibel Cana bir çox bəstələdiyim mahnıları təqdim etmişəm. Özü mahnılarımın arasından bəyəndiyini seçib ifa edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB