Xuraman Şuşalı: "Heç kəsin bu sənətə gəlməsini məsləhət bilmirəm"
Azərbaycanlı sənətçi Xuraman Şuşalı şəxsi həyatı barədə danışıb. SİA-ya açıqlama verən müğənni hazırda övladlarının tərbiyələri ilə özü məşğul olduğunu dilə gətirib: "Uşaqlarıma demək olar ki, özüm baxıram. Onlarla birlikdə olmaqdan ləzzət alıram. Oğlumun 3 yaşı var, qızım isə 9 aylıqdır. Şou-biznesdə olduğum dövrlərdə onlara az zaman sərf edirdim. Ancaq indi uşaqlarımla daha çox vaxt keçirirəm".
Xuraman Şuşalı uşaqlarının şou-biznesdə olmasını qətiyyən istəməyib: "Övladlarımın mənim sənətimi davam etdirmələrini heç vaxt istəmərəm. Özüm bu sənətdən demək olar ki, yavaş-yavaş uzaqlaşıram. Heç kəsə bu sənətə gəlməyi məsləhət bilmirəm, yaxınlarımı isə ümumiyyətlə burada görmürəm. Odur ki, uşaqlarımın ciddi peşəyə yiyələnməsinin tərəfdarıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB