Nüşabə Ələsgərli gizli saxladı

Azərbaycanlı müğənni Nüşabə Ələsgərlinin yeni albomu ərsəyə gəlib. Yenilikləri haqda SİA-ya sənətçinin özü danışıb: "Yeni "Adı yox sevgimizin" adlı albomum işıq üzü görüb. Bununla yanaşı, 4 yeni mahnı yazdırmışam".

Xanım Ələsgərli yaxın vaxtlarda istirahət etmək istədiyini də dilə gətirib: "Yaxın zamanlarda uşaqlarımla birgə dincəlmək üçün məkanların birinə üz tutacam. Ancaq harada istirahət edəcəyimi hələ ki, söyləmək istəmirəm. İnşallah dincəldikdən sonra o haqda ətraflı məlumat verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə