Meyxana aləmində öz yeri olan Ataş Novxanılı yenə od püskürdü. SİA-ya açıqlama verən meyxanaçı "həmkar"larından şikayət etdi. "Əvvəllər meyxana aləmində tanınmaq, fərqlənmək, hörmət sahibi olmaq o qədər də asan deyildi. İndi isə evdə oturub cızma-qara yazan, tanış hesabına efirə çıxan hər kəs özünü xiridar adlandırır. Mən o meyxanaçıları qəbul edirəm ki, onlar deyişmələri, məclislərdə bədahətən deyilən maraqlı qafiyələri ilə tanınıb, seviliblər. Meyxana folklar sənətidir. Onu şou üçün ucuzlaşdırmaq düzgün deyil. Düzdür, sənət aləmi indi elə başdan-ayağa şoudur. Meyxananın tanınmasında da şounun rolu ola bilər, ancaq meyxana fərqli aləmdir. Bu sənətə dırnaqarası baxmaq düzgün deyil. Necə ki qərb bölgələrində aşıqlar bədahətən bayatılar söyləyir, dastanlar danışırlar, eləcə də Bakıətrafı ərazi, Abşeron yarımadası əhalisi bineyi-qədimdən meyxana sənətinə maraq göstərib. Bir sözlə, bu qədim sənəti qiymətləndirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB