Xatun anaları “ağlatdı”

Müğənni Xatun Türkiyənin məhşur sənətkarı Barış Manconun repertuarında olan bəstələrdən birinə müraciət edib. Sənətçi Barış Manconun "Oğlum" adlı kompozisiyasını fərqli oranjimanda, özünəməxsus şəkildə ifa edib.

Bu haqda SİA-ya açıqlama verən Xatun, bunları dilə gətirib: "Bu musiqini eşidəndə çox təsirləndim. Ola bilər ki, mən də oğul anası olduğum üçün mövzu mənə daha yaxın idi. Mahnının sözlərində oğlunu evləndirən ananın, övladına toy mərasimində dilə gətirə bilmədiyi hisslər öz əksini tapıb. Elə ona görə də bu musiqini dinləyən hər bir ana mütləq təsirlənəcək. Oğul anaları ən azı övladlarının toy mərasimində bu musiqini səsləndirmək istəyəcəklər. Onu da nəzərinizə çatdırım ki, çalışmışam "Oğlum" adlı mahnını özüməməxsus şəkildə ifa edib, kimsəni xatırlatmayım. Necə alınıb, deyə bilmərəm? Buna dinləyicələr qərar verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə