Əməkdar artist Azərin bu dəfə də Türkiyədə ev sahibi kimi maraqlı qonaqları ilə tamaşaçıların qarşısına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin TRT Avaz telekanalında canlı yayımlanan "Azərinlə bir Avaz" proqramının qonaqları əcnəbilər olacaq. Azərin bu həftə Makedoniyadan tanınmış sənətçi Milica Kuzmanovska və Gürcüstandan Daviti Kentçhiaşvilini verilişinə dəvət edib.
Qeyd edək ki, azərbaycanlı sənətçi bu dəfə də türkdilli ölkələrin tamaşaçılarına maraqlı proqram təqdim edəcəyini vəd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB