Məhşur ifaçı həbs edildi

Türkiyənin tanınmış ifaçısı Deniz Seki həbs edilib. SİA- nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin həbs edilməsinə səbəb narkotik maddə aludəçisi olması və başqalarına satması olub. Polislər ifaçının telefonuna gələn zəngləri dinləyərək hər şeyin üstünü açıb. Aydın olub ki, sənətçi narkoman dostları ilə 296 dəfə telefon əlaqəsi saxlayıb.

Onu da nəzərinizə çatdıraq ki, ifaçı bir müddət əvvəl 7 ay məhbus həyatı yaşayıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə müğənni Deniz Sekiyə 6 il 3 ay həbs cəzası verib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə