Bəstəkar-müğənni Emin ötən gün uzun müddətdir gözlənilən klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, "Amor" adlanan klipdə 2012-ci ildə dünya gözəli seçilən Olivia Kulpo çəkilib. Müğənninin yeni albomundan ilk sinql olan "Amor"un ekran versiyasını Ledi Qaqaya çəkdiyi kliplə "Qremmi" mükafatı almış Kris Sims və Keti Anqstadt hazırlayıb.
Qeyd edək ki, klipin təqdimat mərasimi Eminin Moskvada yeni açılan "Rose Bar" adlı restoranında baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB