Rəqsanə İsmayılova doğum gününü belə qeyd edəcək

Rəqsanə İsmayılova doğum gününü belə qeyd edəcək

Bu gün müğənni Rəqsanə İsmayılova doğum gününü qeyd edir. 1979-ci il təvəllüdlü sənətçi Türkiyədə olduğundan əzizləri onu təbrik etmək üçün həmin ölkəyə üz tutacaqlar. Xatırladaq ki, səhhətində onu narahat edən səbəb üzündən, eləcə də yaradıcılıq işlərinə görə, Türkiyədə olan sənətçi artıq özünə etibarlı dostlar da qazanıb. Ad günündə həmin dostlar sənətçini yalnız buraxmayacaqlar. Bu axşam bir araya cəm olacaq dostların sırasına hazırda anasının yanında olan böyük qızı Aysun, Moskvadan gələcək nişanlısı və bir neçə rəfiqəsi qoşulacaq. Gələcək həyat yoldaşı Rəqsanə xanıma sürpriz hazırlayıb. Əməliyyat vaxtı sənətçini yalnız buraxmayan həmin insan, özəl günündə də yanında olacaq. Həmçinin məhşur vizajist Nigar İbrahimova da dostuna baş çəkmək üçün Türkiyəyə yollanıb. Bu gün Rəqsanə xanımın çalışdığı səsyazma studiyasının heyti də ona sürpriz hazırlayıb.

Sənətçi özü ad günündə bunları dilə gətirib: "Həyatda eniş-yoxuşlar çoxdur. Bəzən çörək verdiyim insanlar məni vurmağa çalışır. Bir tək başımın üzərindəki Rəbbimin köməyi ilə ayaqda durmağı bacardım. Hər zaman onun varlığına sığınmışam. Geriyə boylananda nə ata, nə qardaş, nə arxa gördüm. Məni yıxmaq istəyənlərlə tək savaşdım. Bu gün onların hamısından yüksəkdəyəm. Ətrafımda ancaq yaxşı insanlar var və bundan sonra da belə olacaq. Durmadan sənətim üçün çalışacam".

Bütün xəbərlər Facebook səhifəmizdə