Azərbaycanlı prodüsser Təranə Səmədova estrada müğənnisi Günay İbrahimli ilə yollarını ayırdıqdan sonra digər şou-biznes nümayəndəsindən iş təklifi alıb. SİA-nın verdiyi xəbərə görə, xanım Səmədova SİA-ya açıqlaması zamanı 10 ildir rəfiqəlik etdiyi rəqqasə Fatimə Fətəliyeva ilə birgə çalışacağını deyib: "10 illik rəfiqəm rəqqasə Fatimə Fətəliyevayla işbirliyinə başlayırıq. Əminəm ki, əməkdaşlığımız uğurlu olacaq".
Məsələ ilə bağlı qarşı tərəfin Fatimə Fətəliyevanın da fikrini öyrəndik: "Bu gün yeni prodüsser Təranə Səmədova ilə işbirliyimiz rəsmiləşəcək. Bir çoxları onu qalmaqallı prodüsser kimi təqdim etsə də mən bu fikirlə razılaşmıram. Çünki Təranə ilə illərin rəfiqəsiyik. Güman edirəm ki, iş birliyimiz uzun müddətli və yaxşı olacaq".
Qeyd edək ki, Təranə prodüsser kimi Fəqan Səfərov və Nəsimi Məmmədovla da işbirliyini davam etdirməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB