Türkiyəli sənətçi Seda Sayanı məhkəməyə veriblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Sedanı məhkəməyə müğənni kimi tanınan ankaralı Turqut verib. Bir vaxtlar Turqutun qatıldığı verilişə gələn Seda onu təhqir edərək verilişdən qovulmasını istəyib. Bundan qəzəblənən Turqut Seda Sayanı məhkəməyə verib: "Seda məndən nə istəyir, bilmirəm. Verilişlərə çıxmaq və disklərimin işiq üzü görməsinə imkan vermir. Eyni zamanda da maddi və mənəvi cəhətdən zərər verir".
Qeyd edək ki, Seda Sayanla Ankaralı Turqutun məhkəməsinə teleaparıcı Ece Erkeni şahid qismində çağrılsa da aparıcı gəlməyib. Lakin məhkəmənin qərarına əsasən aparıcı məcburi gəlib şahidlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB