İfaçı: “Sənətçilərimiz Türkiyədə özlərini biyabır edirlər”

İfaçı: “Sənətçilərimiz Türkiyədə özlərini biyabır edirlər”

Azərbaycanlı müğənni Coşqun Viləş Türkiyədə fəaliyyət göstərən ifaçılardan söz açıb. O, da bir müddət öncə qardaş ölkədə çalışdığını dilə gətirib. SİA-ya açıqlama verən C. Viləş bəzi sənətçilərimizin Türkiyəyə gedərək özlərini biyabır etdiklərini də xüsusilə qeyd edib: "Türkiyəyə üz tutan sənətçilərə müsbət fikirdəyəm. Azərbaycanı hər yerdə tanıdırlar. Bir məsələ də var ki, bəzi ifaçılarımız qardaş ölkəyə gedərək qarşılarına hansısa məqsədi qoymurlar. Özlərini biyabır edirlər. Bu məsələyə heç yaxşı baxmıram. Onu da deyim ki, zamanında mən də qardaş ölkədə fəaliyyət göstərmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə