Bu gün azərbaycanlı müğənni Cavidan Novruzun "Yaşandı bitdi" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, şou-biznes nümayəndələri da onu tək qoymayıb. Onlar arasında müğənnilər Günay İbrahimli, Yaşar Yusub, Elgün, Fəqan Səfərov, söz yazarı Azər Şirin, "N brother" qrupunun rəhbəri Namiq, prodüsser Təranə Səmədova, aktyorlar Nicat, Tərlan, media nümayəndələri və başqaları iştirak edib.
Təqdimat mərasimini giriş sözü ilə açan müğənni Cavidan Novruz yeni "Yaşandı bitdi" klipi haqqında danışaraq bəyəndiyini söyləyib: "Bu klipi çox bəyəndim.Tərəf müqavilim İlahə xanımdır. Ona da öz təşəkkürlərimi bildirirəm. Sözügedən xanım çox məharətlə işinin öhdəsindən gəlib. Klip çəkdirdiyim mahnının əsl adı "Onun adı sevgi idi" adlanır. Onu da deyim ki, bu klipi ərsəyə gətirmək üçün 1500 manat pul xərcləmişəm. "Onun adı sevgi idi" adlı mahnısının sözləri Leyli İsrafilova, musiqisi isə özümə məxsusdur".
Nəzərinizə çatdıraq ki, Cavidan sentyabr ayında "Gəl gör eşq məni neylədi" mahnısına klip çəkdirməyi də düşünür.
Qeyd edək ki, "Yaşandı bitdi" klipinin təqdimat mərasimində aktyor Nicatın zarafatları zalda əyləşənləri xeyli güldürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB