Sevinc Ağaşirinovanın türk əsilli bir oğlu var

Sevinc Ağaşirinovanın türk əsilli bir oğlu var

Azərbaycanlı sənətçi Sevinc Ağaşirinova haqqında maraqlı şayiə yayılıb. Deyilənlərə görə, müğənni türk vətəndaşına ərə gedib. Hətta oğlu belə var. SİA-ya açıqlama verən Sevinc şəxsi həyatı barədə gəzən məsələyə aydınlıq gətirib: "Eşitdiyim xəbərə görə, türk vətəndaşı ilə ailə həyatı qurmuşam. Hətta oğlan övladım da var. Bu xəbəri yayan insanlara demək istəyirəm ki, belə bir hadisə yoxdur. Yayılan informasiya sadəcə olaraq ağ yalandır".

Bütün xəbərlər Facebook səhifəmizdə