Azərbaycanın muğam ifaçısı Elnarə Abdullayeva toylardan danışıb. O, restoran toylarını bəyənmədiyini dilə gətirib. SİA-ya açıqlama verən muğam ifaçısı kənd və şəhər arasındakı el şənliklərini müqayisə edib: "Əvvəllər Bakı kəndlərindəki toylarda sənətkarlar yetişirdi. Eyni zamanda xanəndənin sənətinə layiqincə qiymət verirdilər. Bu hal hələ ki, rayonlarda özünü göstərsə də, restoran toylarında bunu görmək mümkün deyil. Onu da deyim ki, 1 saatlıq toyda ifaçı sənətini tam şəkildə sübut edə bilmir".
Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva nəzərdən qorxsa da, toy qiymətini açıqlayıb. Muğam ifaçısı toyu əvvəldən sona kimi 6-7 min manata oxuduğunu, kasıb insanların məclislərində isə güzəştlər etdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB