Özcan Denizin yeni filmi

Türkiyənin məhşur müğənnisi Özcan Deniz yeni film çəkir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Özcan "Evim Sensin" dən sonra "Atəş və Su" kinosu üzərində çalışır. Müğənni sözügedən filmin baş rolunu oynamaqla yanaşı, rejissorluğunu da özü edəcək. Kinonun çəkilişlərinə iyun ayının 15-də start veriləcək. Aktyorun filmdə tərəf müqavili aktrisa Yasemin Allen olacaq.

Qeyd edək ki, "Evim Sensin" kinosunda Özcan Denizin keçmiş sevgilisi Fahriye Evcen rol almışdı.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə