Fəaliyyətinə "Kristal" qrupunda başlayıb, daha sonra solo karyerası ilə davam edən müğənni Lalə Qafarova, həyat yoldaşı, türkiyəli bəstəkar, müğənni Nurkan Mustafaoğlu ilə yaradıcılıqları üzərində çalışır.Yeni işləri barədə SİA-ya açıqlama verən cütlük bildirib ki, ifa etdikləri "Aman-aman" duet mahnıları çox sevildiyinə görə, ona klip çəkdirməyə başlayıblar.
Lalə həyat yoldaşı ilə ərsəyə gətirdiyi duet haqqında danışıb: " "Aman-aman" ilk duetimiz olduğu üçün yaxın günlərdə klip çəklişlərinə başlayırıq. Klipi rejissor Emin Muradov çəkəcək. Çox maraqlı iş olacağına ümüd edirik. İnşallah, may ayının sonuna klip hazır olacaq".
Qeyd edək ki, "Aman-aman" mahnısının sözləri və musiqisi Nurkana məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB