Tolik: “Moskvada yəhudilər qarşısında sərxoşluq edir ” QALMAQAL

Tolik: “Moskvada yəhudilər qarşısında sərxoşluq edir ” QALMAQAL

Uzun zamandır, xalq artistləri Brilliant Dadaşovayla Aygün Kazımovanın qalmaqalı səngimədən davam edir. Onların bu "müharibəsinə" prodüsser Tolik laqeyd qala bilməyib.

Prodüsser SİA-ya açıqlaması zamanı Brilliant Dadaşovaya dəstək olaraq Aygün Kazımovanı "yıxıb-sürüyüb": "Brilliant xanım, qoy səni bəyənməyənlərin heç olmasa dırnağın qədər musiqidən anlayışları olsun. Kim kişi hesabına brend geyinir? Kim Moskvada yəhudilər qarşısında sərxoşluq edir? Kimin pornoqrafiyasından respublika danışır? Sən təksən Brilliant Dadaşova, bunu xalq bilir".

Ayanın ötən gün Aygün Kazımovanı dəstəkləyən status paylaşmasından sonra bəzi insanlar Tolikin hədəfində Ayanın da olduğunu zənn ediblər. Lakin Tolik buna etiraz edib: "Hər yazdığım sözdən qalmaqal çıxarmayın. İndi hamı elə bilir ki, mən bunu Ayan Babakişiyevaya yazmışam. Amma Ayanla dostluğumuz davam edir. Nəzərinizə çatdırım ki, brendi tək Ayan geyinmir. O qədər kişi tapıb onun hesabına brend geyinənlər var ki! Mən sözümü deyəndə tam ünvanlayıram. Ara vurmaq lazım deyil. Əgər Ayan Babakişiyeva dostluğumdadırsa, deməli, bu fikir qətiyyən ona aid deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə