Türkiyəli məhşur prodüsser Can Tanrıyar intihar etmək istəyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gecə əylənmək üçün Etiler Şamdana gedən Can qəribə bir hadisəyə imza atıb. Prodüsser bilinməyən səbəbdən əlindəki içki qədəhini qıraraq özünə xəsarət yetirmək istəyib. Lakin həmin məkandakı təhlükəsizlik işçiləri Cana son anda mane olub və gecə klubundan uzaqlaşdırıblar. Ancaq o, polisə intihar xəbərinin yalan olduğunu bildirib: "Mən özümə xəsarət yetirməmişəm. Sadəcə olaraq keçmiş həyat yoldaşım Petek Dinçözlə ayrılığımı həzm edə bilməyən fanatı mənə hücum edib əllərimi, üzümü yaralayıb".
Qeyd edək ki, prodüsser Can Tanrıyar onu yaralayan şəxsdən şikayətçi olmayıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB