Sənətçilərin vətənpərvərliyi nə ilə ölçülməlidir?

Sənətçilərin vətənpərvərliyi nə ilə ölçülməlidir?

Müğənni Elnarə Xəlilova Şuşanın işğal günü həmkarlarını "ağ yuyub, qara sərdi". O, şəxsi "facebook" səhifəsində bu haqda status yazaraq şou-biznes nümayəndələrini ittiham etdi və ifaçılar arasında vətənpərvərlik mövzusunda sorğu keçirilməsini istədi: "Gəlin, sorğu keçirək və fəxri ad alan müğənnilərdən neçəsinin cəbhə bölgələrində konsert vermələri haqda maraqlanaq. Sizcə sənətçilərin vətənpərvərliyi nə ilə ölçülməlidir? İfaçılar cəbhə bölgələrinə Ağdama, Füzuliyə və digər yerlərə getməklə, yoxsa vətənpərvərlik mövzusunda mahnılar ifa etməklə bunu göstərməlidirlər"?

Bütün xəbərlər Facebook səhifəmizdə