Hər zaman fanatları ilə ünsiyyət qurmağa çalışan və onlarla sıx-sıx görüşən müğənni Roza Zərgərlinin fotosu sosial şəbəkədə qalmaqala səbəb olub. SİA-nın verdiyi xəbərə görə, onun gecə xalatında çəkdirdiyi şəkli facebookdakı dostları tərəfindən dırnaq arası qarşılanıb. Sözügedən görüntüyə müsbət sözlərdən çox mənfi fikirlər yazılıb. Rozanı qınayaraq ünvanına tərbiyəsiz atmacalar yazıblar. Şərhlərdən xəbər tutan xanım Zərgərli özünü müdafiə etməyə başlayaraq şəxsi facebookunda paylaşdığı şəkilə açıqlama gətirib: "Yenicə paylaşdığım foto film çəkilişindəndir. Burada yuxudan oyanıb övladlarıma baş çəkirəm. Hərhalda burda palto geyinməli deyildim. Məni tərbiyəsiz adlandıran oğlanlarımıza ayıb olsun. Özünüzə hörmət edin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB