Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Rok Festivalı-gənc rokçulara dəstək" layihəsi çərçivəsində Sumqayıt şəhərində rok festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festival Sumqayıt və Bakı şəhərində yaşayan gənc rok ifaçıların iştirakı ilə həyata keçəcək. "Rok Festivalı-gənc rokçulara dəstək" festivalı may ayının 19-da Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutacaq.
Qeyd edək ki, sözügedən festivala ümumilikdə 12 ifaçı qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB