Rəmiş: “Efirlərdə min hoqqadan çıxırlar”

Rəmiş: “Efirlərdə min hoqqadan çıxırlar”

Azərbaycanın əməkdar artisti və gitara ustası Rəmiş şou-biznesdən danışıb. O, incəsənət adamlarını qınamaqdan çəkinməyib. SİA-ya açıqlama verən gitara ustası səhnəyə ilk gəlişindən də söz açıb: "Azərbaycan şou-biznesində bəyənmədiyim bir çox məqamlar var. Musiqidən xəbəri olmayanlar efirlərdə min hoqqadan çıxırlar. Ancaq mən onlar kimi incəsənətə asand yolla gəlməmişəm. Min-bir əziyyətə qatlaşaraq tamaşaçıların rəğbətini qazanmışam. Ona görə də məsləhət görərdim ki, gənc ifaçılar Azərbaycan musiqisinə dərindən yiyələnib, qədrini bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə