Sənətçilərimiz özlərini Tarkanla müqayisə etdilər

Sənətçilərimiz özlərini Tarkanla müqayisə etdilər

Ötən gün sənətçilərimiz kanalların birində Tarkana öz heyranlıqlarını bildiriblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, azəri şou-biznes nümayəndələri özlərini onunla müqayisə ediblər. Hətta ifaçılardan Elçin Cəfərov, Samir Cavadzadə, Xəyyam Nissanov, Samir Piriyev və İzzət Bağırov Tarkandan yaxşı oxuduqları fikrini irəli sürüblər.

"Azərbaycandan Tarkan kimi sənətçi niyə çıxmır ?"- sualına müğənnilərimiz maraqlı cavablar veriblər:

Samir Piriyev: " "Meqastar" olmaq üçün sponsor lazımdır. Mənə də 2 milyon pul versələr mən də star olardım. Adaşım Samir Cavadzadəni Tarkan kimi olmasa da Murat Boz səviyyəsində görürəm".

Xəyyam Nisanov: "Tarkana baxanda bizdə kompleks olduğunu hiss edirəm. Ancaq bizdə də yaxşı müğənnilər var. Onu da qeyd edim ki, Tarkan öz statusunu itirməkdən qorxduğu üçün "Eurovision" mahnı müsabiqəsindən qatılmaqdan imtina edir. Tarkanda olan imkan məndə olsaydı, bəlkə də ondan yaxşı ifaçı olardım".

Bütün xəbərlər Facebook səhifəmizdə