İfaçının səhhəti yenidən pisləşib

İfaçının səhhəti yenidən pisləşib

Azərbaycanlı müğənni Əbdül Xalidin səhhəti yenidən pisləşib. Onun qəfildən təzyiqi qalxıb. Hazırda ifaçının vəziyyətinin necə olması barədə meneceri Rüstəmlə əlaqə saxladıq. SİA-ya açıqlama verən Əbdül Xalidin meneceri ifaçının yaxşı olduğunu söylədi: "Sənətçinin səhhəti normaldır. Özünü yaxşı hiss edir. Ev şəraitində müalicə alır. Bəzən iynələrini vurdurmaq üçün xəstəxanaya gedirik".

Menecer onu da qeyd etdi ki, Əbdül Xalidin səhhətini soruşmaq üçün bir çox sənət dostları zəng ediblər: "Onlar arasında əməkdar artist Tünzalə Əliyeva, müğənni Röya Ayxan və başqalarının adlarını çəkə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə