“Bizdə şou-biznes gündəlik xəbərlərdən ibarətdir”

“Bizdə şou-biznes gündəlik xəbərlərdən ibarətdir”

Son vaxtlarda şou-biznesdə sevilən və seçilən müğənni Mila yeni işləri ilə sevənlərinin qarşısına çıxacaq. SİA-ya açıqlama verən ifaçı bildirib ki, o, bu yaxınlarda bir neçə yeni işləri ilə sevənlərinin qarşısına çıxacaq: "Çox fərqli fotosessiya etdirəcəm. Neçə gündür başlamaq istəyirik, amma hava yaxşı olmadığı üçün hələ ki, başlaya bilməmişik. Klip çəklişlərim də var. Gələn həftə yeni "Yaralı" mahnım işıq üzü görəcək. Bu mahnı "Maqnit"dən daha ritmikdir. Məndən soruşdular ki, "yeni mahnının adı nədir?" dedim ki, "Sənsizlik ölümdən betər" hələ mahnını dinləməmiş adı hamının xoşuna gəldi".

Mila "Yaralı" mahnısını gənc bəstəkardan aldığını bildirib. O, bir çox tanınmış bəstəkarlarla işləsə də artıq yeni bəstəkarlarla işbirliyi quracaq: "Zamanında bir çox tanınmış bəstəkarlarla işləmişəm. Məsələn İsmayıl Əsədov, Novruz Aslanov, Elçin İmanov, Aynur Rafiqqızı, Sevda Məmmədli, Pərviz Mahmudov və başqaları ilə işbirliyim olub. Hazırda isə gənc bəstəkarlarla çalışıram".

Bir neçə il İsveçdə yaşayan Mila oranın şou-biznesinin Azərbaycan şou-biznesindən daha ciddi olduğunun da söyləyib: "Mən bir neçə il İsveçdə yaşadım. Oranın şou-biznesi çox ciddir. Bizdə şou-biznes gündəlik xəbərlərdən ibarətdir. Orada daha çox sənətlə gündəmə gəlirlər. Düşünürəm ki, gələcəkdə orada bir klip çəkdirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə