Azərbaycanın qalmaqallı stilisti Samiraldo (Samir Əliyev) onu incidən insanlara ismarıc göndərib. O, bir çox şou-biznes nümayəndəsinə yaxşılıq etməsinə baxmayaraq, ona hər zaman "balta" çaldıqlarını deyib. SİA-ya açıqlama verən Samiraldo yaradıcılığında olan bəzi məqamlardan da şikayətlənib: "Hər zaman insanlara yaxşılıq etmək istəmişəm. Amma buna baxmayaraq, məni incidirlər. Axı mən şou-biznes nümayəndələri ilə dostam. Niyə mənə arxadan "balta" vururlar ? Odur ki, mənə pislik edən insanlara Allahdan rəhm diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB