Natəvan Həbibi səhnədən gedir

Hər həftə Lider Tv-də yayımlanan "Klip parad" verilişinin bu dəfə ki, qonağı Natəvan Həbibi olacaq. Natəvan verilişdə şəxsi həyatından gələcək gözləntiləri haqda danışacaq. O, ailə qurduqdan sonra səhnədən gedib-getməməsi suallarına da aydınlıq gətirəcək, həmkarları Aygün Kazımova, Röya və Elnarə Xəlilova ilə bağlı maraqlı fikirlər söyləyəcək.

Nəzərinizə çatdıraq ki, hər həftə Lider Tv-də yayımlanan "Klip parad" verilişi 26 aprel saat 16:45-də yayımlanacaq. Sözügedən verilişin aparıcısı Elşad Süleyman, prodüsseri Pərviz Oqtayoğlu, layihə rəhbəri isə Nail Naiboğludur.

Qeyd edək ki, "Klip parad"verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

http://m.youtube.com/#/watch?v=4bAxu4jVyDI&desktop_uri=%2Fwatch%3Fv%3D4bAxu4jVyDI

Bütün xəbərlər Facebook səhifəmizdə