Nə etməyi düşünür?

"Damla" ləqəbi ilə şou-biznesdə yeni-yeni addım atan müğənni Mənsumə Məmmədova yeni ifa etdiyi "O mənəm" adlı mahnısı ilə diqqəti özünə çəkib. SİA-nın verdiyi xəbərə görə, müğənnin ifa etdiyi bu mahnının sözləri Zahir Abbasa, musiqisi isə bəstəkar – müğənni Arif Səlimova məxsusdur.

Qeyd edək ki, müğənni lirik janırda ifa etdiyi bu mahnıya artıq ekran həyatı vermək niyyətindədir.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə