Azərbaycanlı rejissor Nail Naiboğlu İrana səfər edib. O, 3 günlük səfəri zamanı Ərdəbil şəhərinə də yolunu salıb. Bu haqda SİA-ya açıqlama verən rejissor Səfəvi hakimiyyətinin beşiyi sayılan, qədim Azərbaycan şəhəri Ərdəbilə gəzməklə yanaşı işi ilə də əlaqədar getdiyini deyib: "İrana həm gəzmək, həm də işlərimlə bağlı getmişdim. Ən çox isə ora dincilmək üçün yolumu saldım. Çünki bu il məhsuldar işləmişəm. Demək olar ki, heç istirahət etmədən çalışmışam. İrana gedərək tarixi yerləri də gəzdim. Şərq tarixi ilə də maraqlandım, Şah İsmayıl Xətayinin məzarını da ziyarət etdim. Eyni zamanda burada film çəkmək qərarına gəldim. Artıq çəkiliş üçün müəyyən razılıq da əldə olunub. Sözügedən kino meleodram janrında çəkiləcək. Baş rollardan birin də isə məhşur azərbaycanlı müğənni oynacaq. Azəri sənətçilərlə yanaşı əcnəbinin tanınmış simları da filmdə yer alacaq. Hələ ki, adlarını açıqlaya bilməyəcəm. Onu da deyim ki, filmi İran kinomatoqrafçılarla yanaşı türk və rus texniki heyəti cəlb olunacaq".
Qeyd edək ki, rejissor Nail Naiboğlunun bəhs etdiyi kino may ayının ortalarında lentə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB