Halil Sezai və Rəhim Rəhimlini nə birləşdirir?

Halil Sezai və Rəhim Rəhimlini nə birləşdirir?

Türkiyənin tanınmış müğənnisi Halil Sezai konsert vermək üçün Bakıya gələcək. O, konsertdən sonra bəstəkar, müğənni, teleaparıcı Rəhim Rəhimlinin verilişində iştirak edəcək. Bu haqda SİA-ya təşkilatçı Samir Xəttab məlumat verib: "Halil Sezai Bakıda yalnız Rəhim Rəhimlinin proqramında qonaq olacaq. Ona bir çox proqramları təklif etməyimizə baxmayaraq Sezai Rəhim Rəhimlinin aparıcısı olduğu "Show Rəhimli" proqramının qonağı olmağı qəbul etdi".

Nəzərinizə çatdıraq ki, konsertin aparıcıları Ramin İbrahimov və Günel Hümbətovadır.

Qeyd edək ki, Halil Sezai 27 Aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində "Sound Factory Arena"da 2000 nəfərlik konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Samir Xəttab, layihənin rəhbəri isə Elşən Səfərsoydur.

Bütün xəbərlər Facebook səhifəmizdə