Birlikdə rəqs etdilər

"Z Media Group" və Bakıda yeni açılan restoranın müdiriyyəti tərəfindən Suraxanı rayonu 7 saylı uşag evinin sakinləri üçün xeyriyyə süfrəsi hazırlanıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə xalq artisti Flora Kərimova, əməkdar artistlər Nüşabə Ələsgərli və Rühəngiz Allahverdiyeva, o cümlədən, populyar layihələrin rəhbəri və aparıcısı, tanınmış prodüsser, bəstəkar Sədaqət Rəşidqızı və başqaları iştirak edib.

Onu da deyək ki, xeriyyə tədbirinin təşkilatçısı Pərviz Əzimzadədir.

Qeyd edək ki, tədbiri təçkil edən xeriyyəçilər tərəfindən uşaqlar evinin sakinlərinə hədiyyələr də verilib. Eyni zamanda müğənnilərdə mahnı oxuyaraq körpələrlə birlikdə rəqsdə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə