Türkiyənin populyar müğənnisi Niluferin konsert öncəsi başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, konsertin keçiriləcəyi binanın damından "30 beynəlxalq Ankara musiqi festivalı" yazılmış afişanı asan 33 yaşlı fəhlə müvazinətini itirərək yıxılıb. Yerə çaxılaraq ağır xəsarət alan Kamal Ünlü hadisə yerindəcə dünyasını dəyişib. Odur ki, sözügedən konsert təxirə salınmalı olub.
Sənətçi baş verənlərə görə çox kədərləndiyini deyib: "Bu gün Ankarada çox gözəl konsert olmalı idi. Təəssüf ki, faciəvi iş qəzası səbəbindən işçilərdən birini itirdik. Kədərimi kəlmələrlə ifadə edə bilmirəm. Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB