Azərbaycanlı teleaparıcı Ramal Hüseynov 1 aprel Gülüş gününün həyatında mühüm rol oynadığını deyib. Teleaparıcı bu haqda şəxsi facebook səhifəsində yazıb: "Hər kəs dünəni 1 aprel Gülüş günü kimi qeyd etdi. Ancaq həmin gün şəxsi həyatımda keçən il unudulmaz oldu. Çünki 2012-ci ilin 1 aprel tarixində Allah mənə ev almaq nəsib etdi. Artıq bu statusu öz evimdən yazıram. Allahıma şükür edirəm ki, bu günü mənə qismət etdi. Odur ki, Tanrıya sığınmaq çox önəmlidir. Allah hər kəsə öz evində sağlam, bərəkətli, xoş günlər yaşamaq sevinci bəxş etsin. Allah bütün evsizlərin köməyi olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB