Azərbaycanlı müğənni Cahangir Qurbanov Amerikadan təklif alıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı B. Kolos adlı amerikalı bəstəkarın təklifi ilə Müslüm Maqomayevə həsr olunmuş mahnını oxuyacaq. Amerikalı bəstəkar Cahangirin ifasında Müslüm Maqomayevə ithaf olunmuş "Посвящение" (İthaf) kompozisiyasını dinlədikdən sonra bu qərara gəlib.
Sözügedən musiqi əsərini Eldar Həsənov E.Qrişinin sözlərinə bəstələyib. Cahangir Qurbanov B.Kolosun Müslüm Maqomayevin pərəstişkarı olduğunu deyir: "Özü Maqomayevin heyranıdır, pərəstişkarıdır. O, bizim Müslüm Maqomayevə həsr edilmiş klipimizi görüb, müraciət edib. Klipə baxdıqdan sonra Eldar müəllimin koordinatlarını tapıb, ondan Müslüm Maqomayevə ithaf olunmuş sözlərə mahnı bəstələməsini xahiş edib. Başqa yaradıcı insan ona Maqomayevə həsr etdiyi şeri təqdim edərək üzərində mahnı bəstələməsini xahiş edib. Amma o, həmin sözlərə bir şey yaza bilmədiyini bildirib və bunu Eldar Həsənovdan istəyib. Deyib ki, yazsam da sizinki kimi alınmayacaq".
Mahnı üzərində iş gedir və amerikalı bəstəkarın təklifi ilə Azərbaycanın görkəmli sənətkarı Müslüm Maqomayevə həsr edilmiş mahnı tezliklə Canahgir Qurbanovun ifasında təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB