Bu gün azərbaycanlı müğənni Nadir Qafarzadə "Pardon" adlı klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə müğənni Nadir Qafarzadə, şou müxbirləri başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nadir hər kəsi salamlayaraq media nümayəndələrini 1 saatdır ki, gözlədiyini dilə gətirib: "Bir çox hallarda sənətçilər media nümayəndələrini gözlədirlər. Amma mən bəzi həmkarlarımın ənənnəsini pozaraq jurnalistləri özüm qarşılamaq istədim. Bu gün media işçilərinə "Pardon" adlı yeni klipimi təqdim etmək üçün bir araya yığmışam. Sözügedən klipi çoxdandır ki, sizlərə təqdim etmək istəyirdim. Amma bayram ərəfələrinə təsadüf etdiyi üçün təqdimat mərasimini keçirə bilmirdim. Bu klip Moskvada lentə alınıb. Orada cəmi 2 gün qaldım. Klipimə və orada qalmağıma görə 25 min manat pul xərclədim. "Pardon" klipində çox fərqli obrazdayam. İnanıram ki, hər kəs klipdən razı qalacaq".
Nəzərinizə çatdıraq ki, Nadir Qafarzadə Türkiyədən ev alıb. O, həm vətənində, həm də qardaş ölkədə yaşamağı düşünür. Sənətçi eyni zamanda orada klip çəkdirməyi də fikirləşir.
Qeyd edək ki, tədbirin davamında üzərində Nadir Qafarzadənin və "Pardon" adlı yeni diskinin şəkli olan tort da kəsilib.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB