Azərbaycanın əməkdar artisti gitara ustası Rəmiş musiqiçilərə məsləhət verib. O, həmkarlarına sənətləri ilə məşğul olmalarını tövsiyyə edib. SİA-ya açıqlama verən Rəmiş toy haqda fikirləşən incəsənət adamlarına ismarıclarını göndərməyi də unutmayıb: "Böyük sənətkarlar heç vaxt pul qazanmaq haqqında fikirləşməməlidirlər. Əgər incəsənət adamları el şənliklərində iştirak edib pul qazanmağı göz önünə alsalar, onda sənətləri olmaz. Mənim kimi olub zamanında Azərbaycanın karifeyləri ilə eyni məclisi bölüşmək lazımdır. Odur ki, musiqiçilər üzərlərində yaxşı işləməlidirlər".
Gitara ustası həyatdakı ən böyük dəyərindən də söz açıb: "Mənim həyatda hər şeydən çox insani keyfiyyətlərə dəyər verirəm. Çünki hər zaman istəmişəm ki, xalqımızın hörmətini qazanım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB