“Aygün Kazımova ilə Röyaya gülməyim gəlir”

“Aygün Kazımova ilə Röyaya gülməyim gəlir”
Gənc ifaçısı Orxan Babazadə həmkarları Aygün Kazımovaya və Röya Ayxana söz atıb. SİA-ya iddialı açıqlamalar verən Orxan bunları deyib: "Aygün Kazımova ilə Röyaya baxanda gülməyim gəlir. Ətək-ətək pul xərcləyib dəridən qabıqdan çıxırlar. Hətta bildiyimə görə, biri evini digəri isə bağını satıb. Həftə səkkiz mən doqquz Türkiyənin yolunu ağardıblar. Amma nə fayda, gördükləri iş sıfıra bərabərdir. İş görən mənim kimi olar dedim və dediyimə də əməl etdim. Türkiyənin sənət babası hesab edilən əfsanəvi sənətkar Orxan Gəncəbaydan türk şou-biznesinə qatılmaq üçün halallıq da aldım. Bizim özlərini "nömrə bir" sayan ulduzlar kimi yalandan yox, həqiqi görüşdüm. Orxan Gəncəbayla görüşmək mənim uşaqlıq arzum idi. Bizi evinə qonaq dəvət etdi. Bir xeyli söhbətləşdik. İllərini sənətə vermiş çox kübar bir təbəqənin nümayəndəsidir. İnşallah, Orxan Gəncəbayın repertuarından yaxın günlərdə bir mahnı da oxuyacağam".

İfaçı onu da bildirib ki o, təkcə Orxan Gəncəbayla deyil, digər türk məhşurları ilə də görüşüb: "Adlarını hələlik açıqlamaq istəmirəm. Zamanla özünüz buna şahid olacaqsınız. Bircə onu deyə bilərəm ki, müğənnilikdən əlavə aktyor kimi də özümü sınayacam. Amma yerli yox türk seriallarında rol alacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə