Doğum gününü necə qeyd etdi?

Gənc və iddialı müğənni Zarina Məmmədova 25 yaşına qədəm qoyub. SİA-nın verdiyi məlumata görə, ad gününü qeyd etməkdən imtina edən ifaçı xanım heç özəl gün ab-havasında deyil. Doğum günü öncəsi bir çox fikirlərə düşən Zarina ad gününü təntənəli şəkildə qeyd etməsə də ən yaxın dostları hədiyyələr alıb.

"Bir çox dəyərli hədiyyələr aldım, zinət əşyaları, ətirlər, ancaq ən çox yadda qalan yaxın rəfiqəmin verdiyi yumşaq oyuncaq oldu. Oyuncaq özümdən belə böyükdür. Onu hara qoyacağımı da bilmirəm. Avtomobilin arxa oturacağını bütünlüklə tutur. Mən uşaqlıqdan yumşaq oyuncaqları sevirəm. Böyüdüm, yenə də sevməyə davam edirəm. Bütün diqqət göstərən dostlarıma təşəkkür edirəm. Xalqımızı isə bayram münasibəti ilə təbrik edirəm".

Onu da qeyd edək ki, Zarina dostlarının hədiyyələri ilə yanaşı özü də özünü təbrik edib: "Növbəti mahnımı lenta aldırdım. "Həyat səhnə" adlanır. Musiqisi Pərviz Mahmudovun sözləri isə Leyli İsrafilovanındır. Fəslə uyğun mahnıdır. Əminəm ki, tamaşaçılar da çox bəyənəcək. Bu mahnı ilə bağlı bir çox planlarım var".

Bütün xəbərlər Facebook səhifəmizdə